"Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq"
Rəqib müdafiədə çox yaxşı təşkilatlanmış komandadır. Olduqca intizamlı oynadılar, bu da onların necə yaxşı komanda olduğunu göstərir.
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın Avropa Liqasının pley-off mərhələsində səfərdə "Şerif"ə 0:1 hesabı ilə məğlub olduğu ilk matçdan sonrakı mətbuat konfransında deyib.
İndi cavab oyununda xüsusi nəyisə dəyişmək haqda danışmaq tez olduğunu söyləyən Qurban Qurbanov qeyd edib ki, "Şerif" 1:0 hesablı qələbə qazansa da qrup mərhələsi üçün komandanın şansları qalır. "Bu şansdan da cavab matçında maksimum istifadə etməyə çalışacağıq", - deyə o vurğulayıb.
Moldova klubu ilə cavab matçı avqustun 30-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Digər xəbərlər
























































.jpg)































