London derbisində 5 qol - Video

London derbisində 5 qol - Video

19 Avqust 2018 07:38
Bəyəndim (0) Bəyənmədim (0)

İngiltərə Premyer Liqasının 2-ci turunun mərkəzi qarşılaşması "Çelsi" və "Arsenal" komandaları arasında baş tutub.

"Qafqazinfo" xəbər verir ki, London derbisi başdan sona qədər maraqlı və gərgin mübarizəyə səhnə olub.

Matçın əvvəlində "Çelsi" 2:0 hesabı ilə önə keçib. Lakin ilk hissənin sonlarında "Arsenal" hesabı bərabərləşdirə bilib. İkinci hissədə tam üstünlüyü ələ alan "Çelsi" yalnız matçın 81-ci dəqiqəsində qələbə qolunu vurub.

Beləliklə, "Çelsi" ardıcı 2-ci qələbəsini, "Arsenal" isə 2-ci məğlubiyyətini alıb.

"Çelsi" - "Arsenal" - 3:2

9 - Pedro (1:0)

20 - Morata (2:0)

37 - Mxitaryan (2:1)

41 - İvobi (2:2)

81 – Markos Alonso (3:2)