Cüneyt Çakır Londonda keçiriləcək Super Kubok oyununun baş hakimi olacaq

Cüneyt Çakır Londonda keçiriləcək Super Kubok oyununun baş hakimi olacaq

17 Avqust 2018 13:38
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyəli FIFA referisi Cüneyt Çakır Səudiyyə Ərəbistanının Super Kubok oyununu idarə edəcək.

42 yaşlı baş hakim "Əl-Hilal" və "Əl-İttihad" komandaları arasında matçda fit çalacaq.

Qeyd edək ki, görüş avqustun 18-də İngiltərənin paytaxtı Londonda keçiriləcək.