Zabit Səmədov yubiley qələbəsini qazandı

Zabit Səmədov yubiley qələbəsini qazandı

17 Avqust 2018 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Qroznıda Çeçen Respublikasının birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr edilən kikboksinq üzrə Beynəlxalq turnir keçirilib.

Oxu.Az xəbər verir ki, 95 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən azərbaycanlı döyüşçü Zabit Səmədov fransalı Brays Qvidonla üz-üzə gəlib. Üç raundun yekununa görə hakimlər qələbəni həmyerlimizə veriblər.

Qeyd edək ki, bu, azərbaycanlı döyüşçünün peşəkar rinqdə 100-cü qələbəsidir.