Ramil Şeydayevin yeni komandası açıqlandı

Ramil Şeydayevin yeni komandası açıqlandı

16 Avqust 2018 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevlə müqavilə bağlamağı planlaşdırır.

Report xəbər verir ki, bu barədə Samara təmsilçisinin rəsmi Tvitter səhifəsində bildirilir. 22 yaşlı hücumçu "Krılya Sovetov"un əsas komandasının heyətində gənclərdən ibarət kollektivə qarşı çıxış edib. Şeydayev 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda qollardan birinin müəllifi olub. Onunla sözləşmənin tezliklə imzalanacağı açıqlanıb.

Qeyd edək ki, Ramil Şeydayev avqustun 9-da Türkiyənin "Trabzonspor" klubu ilə müqaviləsini pozub. O, ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. "Krılya Sovetov" isə Rusiya Premyer Liqasında 3 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.