Şeydayev Rusiya Premyer Liqası klubunda?
|
"Trabzonspor"dan ayrılan millimizin futbolçusu Ramil Şeydayev yenidən Rusiyada oynaya bilər. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, 22 yaşlı hücumçunun Rusiya Premyer Liqası təmsilçisi "Krılya Sovetov"la danışıqlar apardığı iddia olunub.
Qeyd edək ki, R.Şeydayev bundan əvvəl "Zenit-2"də çıxış edib. O, 2016-cı ildə məhz Rusiya klubundan "Trabzonspor"a keçmişdi. Millimizin üzvü 2017-ci ilin yanvarında Slovakiya "Jilina"sına, ötən ilin yayında isə "Qarabağ"a icarəyə verilmişdi.
|
Digər xəbərlər


























































.jpg)






























