Ramil Quliyev atletika üzrə Avropa çempionu olub

Ramil Quliyev atletika üzrə Avropa çempionu olub

10 Avqust 2018 09:02
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb.

Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.