Ramil Şeydayev “Trabzonspor”dan ayrıldı

Ramil Şeydayev “Trabzonspor”dan ayrıldı

5 Avqust 2018 18:07
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisinin üzvü Ramil Şeydayev Türkiyənin "Trabzonspor" klubunun düşərgəsini tərk edib.

"Qafqazinfo" xəbər verir ki, 22 yaşlı hücumçunun adı ötən gün İtaliyanın "Kalyari" klubu ilə keçirilən yoxlama oyununun iştirak ərizəsinə daxil edilməyib. Şeydayev transfer danışıqları üçün Qara dəniz klubunu tərk edib. Onun yeni komandasının adı bəlli deyil.

Qeyd edək ki, 22 yaşlı futbolçunun xidmətində Avstriyanın "Mattersburq" klubu maraqlıdır. Bundesliqa klubu Ramili "Trabzonspor"dan icarəyə götürmək istəyir.