Türkiyəli dünya rekordçusu London olimpiadasına buraxılmayacaq

Türkiyəli dünya rekordçusu London olimpiadasına buraxılmayacaq

29 Dekabr 2011 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin ağır atletika federasiyası bildirib ki, 2004-cü ilin olimpiya çempionu, dünya rekordçusu Nurcan Taylan dopinq-testdən keçib və nəticələr müsbət olub. Bu isə o deməkdir ki, o, London olimpiadasını buraxmalı olacaq. İdmançıdan ilk nümunələr 26 oktyabrda götürülüb. İkinci təhlil birincinin nəticələrini təsdiq edib. Yəni dopinq şübhələrinə müsbət cavab verilib. 48 kilo çəkidə yarışan 28 yaşlı idmançının hansı qadağan olunmuş preparatı qəbul etdiyi bildirilməsə də, Türkiyə mətbuatının məlumatına görə, çempion 4 il müddətinə idmandan kənarlaşdırıla bilər.

O.M.