Kəmaləddin Heydərov Füzuli Musayevin Avropa Taekvondo Birliyinin vitse-prezidenti seçilməyinə etiraz etmədi

Kəmaləddin Heydərov Füzuli Musayevin Avropa Taekvondo Birliyinin vitse-prezidenti seçilməyinə etiraz etmədi

29 Dekabr 2011 14:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev Avropa Taekvondo Birliyində (ETU) eyni vəzifəni davam etdirəcək. Bunu bu gün keçirilən mətbuat konfransında F.Musayev deyib. O bildirib ki, qərar ETU prezidenti Atanasios Praqalosun az öncə Bakıya səfəri zamanı reallaşıb: "Bildiyiniz kimi, mən 2007-ci ildə ETU-da vitse-prezident vəzifəsini icra edirdim. Lakin təxminən 2 ay öncə keçirilən seçkilərdən sonra bu vəzifəni icra edənlərin hamısı dəyişdi. Həmin vaxt 2 nəfər prezidentliyə namizədliyini vermişdi. Düzdür, biz seçkilərdə Praqalosu deyil, türkiyəli namizədi dəstəkləmişdik. Bunu Praqalos özü də bilirdi. Lakin o, yenidən ETU-nun rəhbəri seçildi və 5 vitse-prezidenti dəyişdi. Bu vəzifəni isə 6 nəfər icra edir. Praqalos da Bakıya səfəri zamanı bu vəzifədə yenidən məni görmək istədi. Azərbaycan Taekvondo Federasiyasının prezidenti, nazir Kəmaləddin Heydərovla məsləhətləşdik. Cənab Heydərov da razılığını verdi. Dekabrın 26-da isə vəzifəm rəsmiləşdi".

O.M.