Zidan "Mançester Yunayted"i çalışdıra bilər
İspaniyanın "Real Madrid" futbol komandasının sabiq baş məşqçisi Zinəddin Zidan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, fransalı mütəxəssisin xidmətlərində "Mançester Yunayted" klubu maraqlıdır. Bildirilir ki, "qırmızı şeytanlar" Joze Mourinyo ilə vidalaşacaqları təqdirdə, Zidana müraciət edəcəklər.
Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"də 2016 - 2018-ci illərdə çalışdırıb və onunla 3 dəfə Çempionlar liqasının qalibi olub
Digər xəbərlər































































.jpg)


























