“Qarabağ” üçün 11 rəqib

“Qarabağ” üçün 11 rəqib

19 İyul 2018 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ"ın Çempionlar Liqasında Albaniya təmsilçisi "Kukesi"ni keçəcəyi halda III təsnifat mərhələsində potensial rəqibləri artıq bəllidi. Qurban Qurbanovun komandası aşağıdakı 11 komandanın biri ilə üz-üzə gələcək.

ÇFR (Rumıniya) - "Malmö" (İsveç)

"Srvena Zvezda" (Serbiya) - "Suduva" (Litva)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Hapoel" (Beer-Şeva, İsrail)

"Şkendiya" (Makedoniya) - "Şerif" (Moldova)

BATE (Belarus) - HİK (Finlandiya)

AEK (Yunanıstan)

Göründüyü kimi, bu komandalardan yalnız AEK mübarizəyə həmin mərhələdən başlayaraq rəqibini gözləyir. Digər 10 komanda isə öz aralarında oynayaraq 5 cütdə qalibi müəyəynləşdirəcək. Deməli, sonda 6 potensial rəqib olacaq.

ÇL-də III təsnifat mərhələsinin püşkü iyulun 23-də atılacaq. "Kukesi" ilə oyunlar isə iyulun 25-də səfərdə və avqustun 1-də evdə keçiriləcək.(qafqazinfo)