ÇL: "Qarabağ" mübarizəyə qələbə ilə başladı!
Dünən Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Qarabağ Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın "Stojitse" stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyun
11 iyul
"Olimpiya" (Sloveniya) – "Qarabağ" (Azərbaycan) - 0:1
Qol: Vild-Donald Gerye, 79
Lyublyana, "Stojitse" stadionu
































































.jpg)

























