Ramil Şeydayev “Trabzonspor”a qayıtdı

Ramil Şeydayev “Trabzonspor”a qayıtdı

7 İyul 2018 16:43
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Mattersburq"a keçidi baş tutmayıb. Apasport.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Bildirilir ki, "Trabzonspor" gənc forvarda özünə yeni klub tapmaq üçün icazə vermişdi. Lakin Şeydayevin onunla maraqlanan komandalarla danışığı müsbət nəticələnməyib. Məhz bu üzdən 22 yaşlı forvard müqavilə ilə məxsus olduğu "Trabzonspor"a qayıtmaq qərarına gəlib. Ramil bu gün "bordo-mavililər"in Sloveniyadakı toplanışına qatılıb. Lakin onun karyerasını harda davam etdirəcəyi hələ də bəlli deyil.

Qeyd edək ki, Ramil Şeydayev ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib.