“Bavariya” yeni baş məşqçisini təqdim etdi
Niko Kovaç artıq rəsmən "Bavariya"nın baş məşqçisidi. Apasport.az saytının klubun tvitter hesabına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssisin təqdimat mərasimi keçirilib.
"Yenidən burdayam. "Bavariya"nın məhz məni yeni baş məşqçisi seçdiyinə görə xoşbəxtəm. Bizim üzərimizə düşən öhdəlik bütün futbolçuların inkişafına nail olmaq və klubun hədəflərinə çatmaqdan ibarətdi" – deyə, Kovaç mərasim sonrası mətbuat konfransında bildirib.
46 yaşlı mütəxəssis sentyabrın 1-dən etibarən Peter Hermannın məşqçilər korpusunda yer alacağını təsdiqləyib.
Qeyd edək ki, Niko Kovaçın son iş yeri Frankfurt "Ayntraxt"ı olub.
Digər xəbərlər
































































.jpg)

























