
Qanalı hücumçu “Neftçi”də
Növbəti mövsüm üçün heyətini formalaşdırmağa davam edən "Neftçi" daha bir keçidi rəsmiləşdirib.
Qanalı futbolçu Kvame Karikari ilə 2 illik müqavilə imzalanıb.
26 yaşlı hücumçu 11 nömrəli forma geyinəcək.
Qeyd edək ki, İsveçin AİK, "Deqerfors", "Halmştad", Türkiyənin "Balıkesirspor", Norveçin "Hauqesund" klublarında oynamış Karikarinin sonuncu klubu Qətərin "Əl Ərəbi" klubu olub.
"Neftçi" bu yay cinah müdafiəçisi Tural Axundov, mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçilər - Rəşad Eyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko və Baqali Dabonu da heyətinə qatıb.
Digər xəbərlər