"Qarabağ" afrikalı futbolçu transfer edir

"Qarabağ" afrikalı futbolçu transfer edir

27 İyun 2018 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Qarabağ" Cənubi Afrika Respublikasının "Maritsburq Yunayted" klubunda çıxış edən futbolçuya elçi düşüb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu Leboxanq Maboenini heyətinə qatmaq istəyir. Bu barədə "Soccer Laduma" məlumat yayıb.

"Qarabağ"ın bu ilin yanvarından izlədiyi 23 yaşlı forvardın klubu ilə 2019-cu ilin iyununadək müqaviləsi var. Müqaviləyə əsasən klub istəsə, onun anlaşmasının müddətini daha bir il artıra bilər.

Qeyd edək ki, Leboxanq Maboeni 2016-cı ilin yayında CAR-ın "Mbombela Yunayted" klubundan "Maritsburq Yunayted"ə transfer olunub. "Transfermarkt"ın 600 min avro qiymət qoyduğu futbolçu ötən mövsüm 38 rəsmi oyuna çıxaraq 5 qol vurub və 7 məhsuldar ötürmə edib.