
"Avro-2012"-yə Azərbaycan hakimləri dəvət almadılar
UEFA-nin Hakimlər komitəsi futbol üzrə 31-ci Avropa çempionatında iştirak edəcək hakimlərin siyahısını elan edib. Polşa və Ukraynada keçiriləcək turnirə azərbaycanlı hakimlər dəvət olunmayıblar. UEFA-nın saytı məlumat verir ki, Avropa çempionatının final mərhələsini idarə edəcək 12 Baş hakimin adı bəlli olub: "Cüneyt Çakır (Türkiyə), Yonas Eriksson (İsveç), Viktor Koşşoy (Macarıstan), Biorn Keypers (Niderland), Stefan Lannua (Fransa), Pedru Proensa (Portuqaliya), Nikola Rissoli (İtaliya), Dəmir Skomina (Sloveniya), Volfhanq Ştark (Almaniya), Kreyq Tomson (Şotlandiya), Karlos Velasko Karbalyo (İspaniya), Hovvard Uebb (İngiltərə)". Daha 4 ölkədən olan hakim ehtiyat skamyasında əyləşməli olacaq. Xatırladaq ki, hakimlər heyətinin tam siyahısı yaxın müddətə bəlli olacaq.
Görünür, Hakimlər komitəsi bizim hakimləri qırmızı vərəqə ilə cəzalandırıb...
Fuad Borçalı
O.M.