"Neftçi" xorvatiyalı yarımmüdafiəçini transfer edib

"Neftçi" xorvatiyalı yarımmüdafiəçini transfer edib

24 İyun 2018 07:27
Bəyəndim (0) Bəyənmədim (0)

Transfer çalışmalarını davam etdirən "Neftçi" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı yarımmüdafiəçi Qoran Paratski ilə 1 illik müqavilə imzalanıb.

31 yaşlı yarımmüdafiəçi yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Qoran Paratski son olaraq, Yeni Zelandiyanın "Vellinqton Feniks" klubunda forma geyinib. O, vaxtilə Xorvatiyanın gənclər yığmasında da çıxış edib.