Sampaoli mundial başa çatana kimi vəzifəsində qalacaq

Sampaoli mundial başa çatana kimi vəzifəsində qalacaq

23 İyun 2018 06:15
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina yığmasının baş məşqçisi Xorxe Sampaoli Xorvatiya ilə görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətə (0:3) baxmayaraq, hələlik postunda qalacaq. Apasport.az saytının "İndependent"ə istinadən məlumatına görə, yayılan iddiaların əksinə, Argentina Futbol Assosasiyası təcrübəli mütəxəssislə Xorvatiya ilə görüşün ardından yox, mundial bitdikdən sonra yollarını ayıracaq.

Sampaolinin yığma ilə 5 illik müqaviləsi var. Müqavilə müddətini tamamlamadan qovulması halında, onun 20 milyon dollar təzminat alacağı bildirilir.