Hollivud rejissoru "Bakı-2020" layihəsinin təbliğatına başlayıb

Hollivud rejissoru "Bakı-2020" layihəsinin təbliğatına başlayıb

20 Dekabr 2011 15:17
Bəyəndim (0) Bəyənmədim (0)

2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə namizədliyini verən Bakı sabahdan rəsmən təbliğata başlayacaq və bu möhtəşəm yarışın loqosu təqdim olunacaq. Bu barədə çərşənbə axşamı keçirdiyi brifinqdə "Bakı-2020"-nin icraçı-direktoru Könül Nurullayeva məlumat verib. O bildirib ki, ölkəmizlə bağlı çarxları çəkmək üçün Hollivuddan məşhur rejissor Rupert Ueynrayt Azərbaycana dəvət edilib: "Bizim mini filmlər, roliklərin çəkilişi Ueynraytın rəhbərlik etdiyi şirkət tərəfindən aparılır. Hazırda çəkilişlər uğurla gedir. Şirkətin nümayəndələrini Bakının müxtəlif görməli yerlərinə, hətta rayonlara da göndərmişik ki, hər şey əla alınsın. Bununla yanaşı, digər təbliğat işlərinin aparılması da nəzərimizdədir və buna uyğun işlər görülür".

Qeyd edək ki, 2020-ci il Yay Olimpiya Oyunlarını keçirməyə iddiaçı şəhərlər arasında Bakı ilə yanaşı Roma (İtaliya), Tokio (Yaponiya), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Doha (Qətər) da namizəddir.

O.M.