"Qəbələ", "Neftçi" və "Keşlə"nin Avropa Liqasındakı rəqibləri bəlli oldu

"Qəbələ", "Neftçi" və "Keşlə"nin Avropa Liqasındakı rəqibləri bəlli oldu

20 İyun 2018 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. Ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

Topaz Premyer Liqasının gümüş mükafatçısı "Qəbələ"nin bəxtinə Lüksemburqun "Proqres" klubu düşüb. Bürünc medalçı "Neftçi" Macarıstanı təmsil edən "Uypeşt"lə, Azərbaycan kubokunun qalibi "Keşlə" isə "Baltsan"la (Malta) qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi

"Baltsan" (Malta) - "Keşlə"

"Neftçi" - "Uypeşt" (Macarıstan)

"Proqres" (Lüksemburq) - "Qəbələ"

Apasport