“Fənərbaxça”nı hollandiyalı çalışdıracaq

“Fənərbaxça”nı hollandiyalı çalışdıracaq

19 İyun 2018 14:46
Bəyəndim (0) Bəyənmədim (0)

Aykut Kocamanla yollarını ayıran "Fənərbaxça" yeni baş məşqçisini tapıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, "sarı-lacivərdlilər" PSV-nin çalışdırıcısı Filip Koku ilə anlaşıb.

PSV-də uğurlu çıxışa baxmayaraq, ayrılmağı düşünən 47 yaşlı mütəxəssis İstanbul nəhəngi ilə ilkin razılıq əldə edib. Koku yeni komandasında köməkçisini də müəyyənləşdirib. Bu, "Fənər"in sabiq futbolçusu Dirk Kuytdu.