
Salah tapmacası – mundialda oynayacaqmı?
Dünən Rusiya və Misir milli komandaları sabah hər iki komanda üçün ciddi əhəmiyyət daşıyan DÇ-2018-in matçında qarşılaşmaq üçün Sankt-Peterburq şəhərinə gediblər. Matç ərəfəsi çoxlarını düşündürən bir sual var – Məhəmməd Salah bu görüşdə oynayacaqmı?
ZƏDƏ
Bu, mayın 26-da Kiyevdə Çempionlar Liqasının finalında baş verdi. "Real"ın müdafiəçisi Serxio Ramosla mübarizə zamanı "Liverpul"lu Salah uğursuzcasına yerə yıxıldı və sol çiynini zədələdi. İndi həmin hadisəyə görə kimin günahkar olmasını müzakirə etməyin heç bir mənası yoxdur. Hazırkı faktın özü narahatlıq doğurur. Misir millisinin liderinin dünya çempionatını buraxmaq riski var.
Digər xəbərlər