Almaniya sensasiyalı şəkildə Meksikaya məğlub olub

Almaniya sensasiyalı şəkildə Meksikaya məğlub olub

17 İyun 2018 22:20
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyadakı futbol üzrə dünya çempionatında F qrupunun ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, son dünya çempionu Almaniya Meksika ilə qarşılaşıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş Meksikanın qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 35-ci dəqiqədə İrvinq Lozano vurub.

Qrupda ilk turun digər oyunu iyunun 18-də İsveç və Cənubi Koreya yığmaları arasında keçiriləcək.