
İran 95-ci dəqiqədə vurulan qolla Mərakeşi məğlub edib
Futbol üzrə Mərakeş yığması Dünya çempionatı- 2018-in "B" qrupunun birinci oyununda İrana məğlub olub.
Sankt-Peterburqun eyniadlı stadionunda keçirilən görüş 1:0 hesabı ilə iranlıların xeyrinə başa çatıb.
İran komandasına qələbəni rəqibin oyuna sonradan daxil olan futbolçusu Əziz Buhadduzun 95-ci dəqiqədə vurduğu avtoqol gətirib.
İran yığması ikinci turda İspaniya, Mərakeş isə Portuqaliya millisi ilə qarşılaşacaq. Hər iki matç iyunun 20-də keçiriləcək.
DÇ-2018 – final mərhələsi. B qrupu. 1-ci tur
Mərakeş – İran - 0:1( report)
Digər xəbərlər