
Azərbaycanlı deputatdan biabırçı, utandırıcı, gülüş doğuran cavab
Bu gün Rusiyada futbol üzrə dünya çempionatına start veriləcək.
Mediainfo.az-ın verdiyi xəbərər görə, bununla bağlı "Report" millət vəkilləri arasında mundialla bağlı sorğu keçirib.
Ən maraqlı və qeyri-adi cavab Azər Badamovdan gəlib. O bildirib ki, Madridin "Real" klubu çempion olacaq:
"Dünya çempionatını izləyəcəyəm. Favoritim "Real"dır. O komandanın qalib olacağını düşünürəm. Argentina və Meksika da qalib ola bilər. Bu, artıq sürpriz olar".
Digər xəbərlər