“Real”a məşqçi təyin edildi, dərhal qovuldu

“Real”a məşqçi təyin edildi, dərhal qovuldu

13 İyun 2018 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi vəzifəsindən qovulub.

Mediainfo.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales mətbuat konfransında deyib.

"Biz Xulenə milli komanda üçün etdiyi hər şeyə görə təşəkkür edirik. O, komandanın Dünya Çempionatına düşməsinə kömək etdi. Amma biz onu qovmaq məcburiyyətində idik", - Rubiales bildirib.

İspaniya mətbuatı Futbol Federasiyasının bu qərarına səbəb kimi məşqçinin DÇ-dən sonra "Real Madrid" klubunu çalışdıracağını göstərib.

Xatırladaq ki, 51 yaşlı mütəxəssisin İspaniya yığması ilə 2020-ci ilə qədər müqaviləsi olub.