FİFA prezidenti səhvlərini etiraf etdi

FİFA prezidenti səhvlərini etiraf etdi

17 Dekabr 2011 17:25
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Yozef Blatter 2011-ci ildə bir neçə səhv buraxdığını etiraf edib. "Спорт Экспресс" qəzetinin məlumatına görə, səhvlərdən ən böyüyü 2018 və 2022-ci il mundiallarının keçiriləcəyi ölkələrin eyni vaxtda elan olunmasıdır. Həmin ölkələr Rusiya və Qatardır: "Bəli, biz səhvə yol verdik. İstədiyimiz kimi olmadı. Bu addımımız ilin əvvəlində çoxlu səs-küy yaratdı. Gəmi hələ də durğun suda deyil, amma biz onu limana qaytarmağa çalışacağıq", deyən Yozef Blatter FİFA-ya olan etimadı tezliklə doğrultmağa çalışacaqları vurğuladı.

Qol hesaba alındısa, xeyri yoxdur...

Fuad Birçalı

O.M.