Beyl “Bavariya”nın transfer təklifini rədd etdi
"Real"ın hücumçusu Qaret Beyl "Bavariya"nın diqqət mərkəzinə düşüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Bundesliqa çempionu uelsli superulduza ilk təklifini göndərib.
Lakin 28 yaşlı futbolçu almanların təklifinə "yox" cavabını verib. Buna səbəb Beylin İngiltərə Premyer Liqasında oynamaq istəyidi. İngiltərədən isə "Mançester Yunayted" və "Tottenhem" onun xidmətində maraqlıdı.
Qeyd edək ki, Qaret Beylin "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi.
Digər xəbərlər
































































.jpg)

























