"Mançester Yunayted"dən Ronaldo üçün132 milyonluq təklif

"Mançester Yunayted"dən Ronaldo üçün132 milyonluq təklif

8 İyun 2018 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

"Mançester Yunayted" "Real"ın futbolçusu Kriştiano Ronaldonu transfer etmək üçün hazırlıqlara başlayıb.

Qol.az-ın "Daily Star"a istinadən yaydığı xəbərə görə, İngiltərə klubunun portuqaliyalı hücumçu üçün Madrid təmsilçisinə Polq Poqbanı və 132 milyon avro təklif etməyi düşündüyü bildirilir.

Xəbərdə 33 yaşlı oyunçunun "Mançester Yunayted"ə qayıtmağa müsbət baxdığı bildirilib.

Qeyd edək ki, Ronaldo 2003-2009-cü illərdə İngitərə klubunda oynayıb.