"Real"-ın başı dərddə: Zidanın yerinə baş məşqçi tapa bilmir

"Real"-ın başı dərddə: Zidanın yerinə baş məşqçi tapa bilmir

8 İyun 2018 08:44
Bəyəndim (0) Bəyənmədim (0)

Londonun "Çelsi" klubunun baş məşqçisi Antonio Konte Madrid "Real"ının təklifini rədd edib.

Bu barədə "Football Italia" nəşri yazıb.

Nəşrin məlumatına görə, "qaymaqlar"ın rəhbərliyi italiyalı mütəxəssislə maraqlanıb. "Real" nümayəndələri artıq Konte ilə əlaqə saxlayıblar. Londonluların məşqçisi təklifdən imtina edərək bildirib ki, "Çelsi" ilə 2019-cu ilə qədər müqaviləsi var və o, müqavilənin sonuna qədər Londonda qalmaq niyyətindədir. Report