“Bədbəxtlikdən uduzduq” – Bolqarıstan millisinin baş məşqçisi

“Bədbəxtlikdən uduzduq” – Bolqarıstan millisinin baş məşqçisi

31 May 2018 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

"Çox çətin oyun oldu". Bu sözləri qadınlardan ibarət voleybol üzrə Bolqarıstan yığmasının baş məşqçisi İvan Petkov deyib.

Qızıl Avropa Liqasının IV turunda millimizlə qarşılaşan bolqarlar 1:3 hesablı məğlubiyyətə üzülüb.

Matçdan sonra açıqlama verən Petkov oyunu belə şərh edib: "İlk seti uduzduqdan sonra vəziyyətdən çıxış yolu tapmağa çalışdıq. İkinci seti qazandıqdan sonra qələbə şansımız artdı. Ancaq bədbəxtlikdən biz uduzduq. Bununla belə, liderliyimizi davam etdiririk. Növbəti matça hazırlaşacağıq".(apasport)