Messi Argentinanı favorit saymır
Lionel Messi Buenos-Ayresdə oynanılan və Argentina yığmasının Haiti üzərində 4:0 hesablı qələbəsi ilə yekunlaşan hazırlıq görüşündən sonra mətbuat nümayəndələrinin qarşısına çıxıb. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, Leo nəticənin o qədər də önəmli olmadığını deyib.
"Dünya çempionatı ərəfəsində azarkeşlərimizlə sağollaşmaq imkanı əldə etdik. Bu, nəticədən daha önəmlidi. Təsnifat mərhələsi ərzində çətin perioddan keçsək də, indi məşqlərdə hər şey qaydasında gedir" – deyə, Messi bildirib.
30 yaşlı futbolçu son olaraq mundialın favoriti olmadıqlarını fikirlərinə əlavə edib: "Çempionatın favoriti deyilik, ancaq bütün gücümüzü ortaya qoyacağıq".
Qeyd edək ki, Messi Haiti ilə oynanılan hazırlıq qarşılaşamsında het-trik edib.
Argentina yığması dünya çempionatı öncəsi son hazırlıqlarını tamamlamaq üçün Barselonaya yollanıb.
































































.jpg)

























