Platininin üzərindən korrupsiya ittihamı götürülüb

Platininin üzərindən korrupsiya ittihamı götürülüb

26 May 2018 05:20
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçrə Prokurorluğu kifayət qədər dəlil olmaması səbəbindən UEFA-nın sabiq fransalı prezidenti Mişel Platininin üzərindən korrupsiya ittihamını götürmək barədə qərar qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə prokurorun əldə edilən məktubuna istinadən Fransanın "Le Monde" qəzeti yazıb.

Platini UEFA-nın prezident postunu 14 sentyabr 2016-cı ildə tərk edib.