“Liverpul” Nabil Fekirin transferində israrlıdır

“Liverpul” Nabil Fekirin transferində israrlıdır

25 May 2018 16:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Liverpul" "Lion"un pleymeykeri Nabil Fekirin transferində israrlıdı. Apasport.az saytının "Telegraph"a istinadən məlumatına görə, Mersisayd klubu Çempionlar Liqasının qalibi olacaqları təqdirdə, əldə ediləcək maliyyə mükafatını birbaşa fransız futbolçunun keçidi üçün xərcləmək niyyətindədi.

"Liverpul"un Çempionlar Liqası finalının ardından danışıqları sürətləndirəcəyi gözlənilir. İlkin məlumata görə, transfer "qırmızılar"a 60 milyon funt sterlinqə başa gələcək.