“Qarabağ”da yarpaq tökümü: Sehiç də komandanə tərk edir
"Qarabağ"ın bosniyalı qapıçısı İbrahim Şehiç klubdan ayrılmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, futbolçunun klubun təklif etdiyi yeni şərtlərlə razılaşmadığı üçün müqaviləsini uzatmadığı bildirilir.
"Qarabağ" klubunun mətbuat katibi Nurlan İbrahimov açıqlamasında bildirib ki, klubun qapçıya yeni şərtlər irəli sürməsi haqda dəqiq bir fikir söyləmək olmaz.
Qeyd edək ki, Şehiç 2013-cü ilin oktyabrından "Qarabağ"ın qapısını qoruyur.
Digər xəbərlər