“Real”ın futbolçusu İtaliyaya qayıdır?
"Real"ın yarımmüdafiəçisi Mateo Kovaçiç karyerasını yenidən İtaliyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, xorvatiyalı futbolçu sabiq komandası "İnter"in maraq dairəsinə düşüb.
Çempionlar Liqasına vəsiqə qazanan "neradzurra"nın yay fasiləsində heyətinə qatmaq istədiyi ilk futbolçu məhz Kovaçiçdi. "Real"da əsas heyətə düşə bilməyən 24 yaşlı oyunçu özü də bu keçidin tərəfdarıdı.
Qeyd edək ki, Mateo Kovaçiç bu mövsüm bütün turnirlərdə ümumilikdə 40 oyun keçirib, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər xəbərlər