Lüsyen Favr Dortmund “Borussiya”sına baş məşqçi təyin edildi
Fransanın "Nitsa" klubunun baş məşqçisi Lüsyen Favr yeni mövsümdən Dortmund "Borussiya"sını çalışdıracaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq tərəflər arasında ilkin razılıq əldə olunub və onlar müqavilənin detallarını müzakirə edirlər.
Yeni baş məşqçinin təqdimat mərasiminin gələn həftə gerçəkləşəcəyi də iddia olunur. İsveçrəli mütəxəssis "Borussiya"nın "sükanı arxası"na mövsümün gedişində Peter Boşu əvəzləyən Peter Şteqerin yerinə təyin ediləcək.
Digər xəbərlər




































































.jpg)





















