Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Mediainfo.az-ın "Report"a istinadən verdiyi məlumata görə, İspaniyanın "Real Madrid" klubunun futbolçusu Keylor Navas ən yaxşı oyunçu adına layiq görülüb.
32 yaşlı qapıçı azarkeşlər tərəfindən aparılan sorğuda 55 faiz səs yığıb. İngiltərənin "Liverpul" komandasının futbolçusu Sadio Mane isə səsvermədə ikinci olub.
Qeyd edək ki, "Real Madrid" Çempionlar Liqasının finalında "Liverpul"la üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 26-da Ukraynanın "Olimpiyski" stadionunda keçiriləcək.
Digər xəbərlər