"Liverpul", yoxsa "Roma" finalda oynayacaq?
Bu gün futbol üzrə Çempionlar Liqasında digər finalçı müəyyənləşəcək.
İlk finalçı olan "Real Madrid"in (İspaniya) rəqibi İtaliyada "Roma" ilə "Liverpul" (İngiltərə) komandalarının duelində bəlli olacaq.
Ötən həftə evdə rəqibini 5:2 hesabı ilə məğlub edən mersisaydlılar cütün taleyini ilk görüşdə də həll edə bilərdilər. Yugren Kloppun rəhbərlik etdiyi kollektiv 69-cu dəqiqəyə qədər Məhəmməd Salahla Roberto Firminonun dublu, Sadio Manenin 1 qolu ilə öndə olsa da, son dəqiqələrdə 2 qol buraxaraq, rəqibi ümidləndirib.
Yarışın 1/4 finalında səfərdə İspaniya "Barselona"sına 1:4 hesabı ilə uduzmasına rəğmən, cavab qarşılaşmasında 3 cavabsız qolla qalib gələn "canavarlar" eyni möcüzəni "Liverpul"la qarşılaşmada etmək istəyirlər.
"Roma"nın heyətində zədəlilər - Rik Karsdorp və Qrequar Defrel meydana çıxa bilməyəcək. Kevin Strootman ilə Dieqo Perottinin durumu sual altındadır. Adam Lallana, Emre Can, Aleks Oksleyd-Çemberlen və Joel Matip zədə üzündən "Liverpul"a kömək etməyəcəklər. Cordan Hendersonun oynayıb-oynamayacağı isə dəqiq bilinmir.
Daha əvvəl "Real Madrid" Almaniya "Bavariya"sını iki oyunun yekununda (2:1, 2:2) üstələyərək, finala adlayıb. Final matçı mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək.
Çempionlar Liqası, yarımfinal, cavab oyunu
2 may
22:45. "Roma" (İtaliya) – "Liverpul" (İngiltərə)
Baş hakim: Damir Skomina (Sloveniya)
İlk oyun – 2:5.
Report