Qadınlar kişi paltarında stadiona girdi

Qadınlar kişi paltarında stadiona girdi

30 Aprel 2018 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

İranda qadınların stadiona girişi qadağa olsa da, xanımlar bunun çıxış yolunu tapıblar.

Zərif cinsin nümayəndələri "Persepolis"in çempionluq oyununu stadionda izləmək üçün maraqlı addım atıblar. Xanımlar kişi paltarında tribunalara getməyi bacarıblar. Onlar geyimləri ilə polisin nəzarətindən yayınmağı bacarıblar. Xanım azarkeşlərin fotoları sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.

Qeyd edək ki, "Persepolis" "Sepidrood"u 3:0 hesabı ilə məğlub edərək çempion olub.

Əlavə edək ki, İranda bir çox idman saraylarına qadınların girişi qəti şəkildə qadağan edilib. Səudiyyə Ərəbistanıda isə bu qadağa ötən il götürülüb.(Qafqazinfo)