“Real” – “Bavariya” matçı Cüneyt Çakıra tapşırılıb

“Real” – “Bavariya” matçı Cüneyt Çakıra tapşırılıb

29 Aprel 2018 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin bir oyununun hakim təyinatı açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu cavab matçları çərçivəsində keçiriləcək "Real" – "Bavariya" görüşününün hakimlər briqadasını açıqlayıb.

Mayın 1-də "Santyaqo Bernabeu"da baş tutacaq görüş türkiyəli Cüneyt Çakıra tapşırılıb. Ona həmyerliləri Bahattin Duran və Tarık Onqun kömək edəcəklər. Qarşılaşmanın 4-cü hakimi funksiyasını Mustafa Eyisoy yerinə yetirəcək. Hüseyin Göçeklə Barış Şimşək isə əlavə hakim köməkçiləri olacaq.