Hakimimiz “Mançester Siti” – “Barselona” oyununa təyinat aldı

Hakimimiz “Mançester Siti” – “Barselona” oyununa təyinat aldı

18 Aprel 2018 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Gənclər Liqasının yarımfinal mərhələsi çərçivəsində Nyon şəhərindəki Kolovra stadionunda keçiriləcək "Mançester Siti" – "Barselona" oyununu FİFA referisi Əliyar Ağayev idarə edəcək.

Ağayevin köməkçiləri Zeynal Zeynalov və Akif Əmirli olacaq. Dördüncü hakim funksiyasını Sandro Şarer (İsveçrə) yerinə yetirəcək.

Qeyd edək ki, "Mançester Siti" – "Barselona" görüşü aprelin 20-i keçiriləcək.(qafqazinfo)