Ronaldodan ÇL-də daha bir rekord

Ronaldodan ÇL-də daha bir rekord

12 Aprel 2018 09:24
Bəyəndim (0) Bəyənmədim (0)

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında daha bir rekorda imza atıb.

Portuqaliyalı hücumçu rekordunu 1/4 finalın "Yuventus"la cavab oyununda qol vurmaqla gerçəkləşdirib.

Görüşdə son nöqtəni qoyaraq komandasını yarımfinala yüksəldən futbolçu turnirdə "Yuventus"un qapısından keçirdiyi qolların sayını 10-a çatdırıb. İndiyədək ÇL-də heç bir futbolçu bir komandanın qapısına 10 qol vura bilməyib.

Xatırladaq ki, "Real" 1:3 hesabı ilə uduzsa da, iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.Qol.az