"Yuventus" Madriddə 3 qol vurub, mübarizəni dayandırdı - VİDEO

"Yuventus" Madriddə 3 qol vurub, mübarizəni dayandırdı - VİDEO

12 Aprel 2018 06:57
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasında növbəti yarımfinalçılar bəlli olub. 1/4 finalın sonuncu cavab oyunları Münhen və Madriddə keçirilib.

"Real" ilk matçda səfərdə 3-0 hesablı qələbənin revanşında "Yuventus"a 1-3 hesabı ilə məğlub olub.

"Real" hesabda 0-3 geridə olarkən Ronaldo son saniyələrdə qol vuraraq komandasını yarımfinala yüksəldib.

Almaniyadakı qarşılaşmanı formal saymaq olardı. "Bavariya"nın İspaniyada qalib gəldiyi "Sevilya"ya evində uduzması real görünmürdü. Öz meydanında qolsuz bərabərə qalan Yupp Haynkesin yetirmələri yarımfinala adlayıblar.