Azərbaycan finalda ABŞ-la yarışdı - İkinci olduq

Azərbaycan finalda ABŞ-la yarışdı - İkinci olduq

9 Aprel 2018 09:40
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 7-8-də ABŞ-ın Ayova ştatının Ayova-Siti şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçirilib.

"B" qrupunda yer almış Azərbaycan milli yığması aprelin 7-də Kuba yığmasını 8:2, Qazaxıstan milli yığmasını isə 9:1 hesabı ilə udaraq, aprelin 8-də Monqolustan yığmasına 7:3 hesabı ilə qalib gəlib. Nəticədə millimiz yarışların final mərhələsinə yüksəlib.

Carver-Hawkeye Arenasında keçirilmiş final mübarizəsində ev sahibi ABŞ yığması milli yığmamıza 6:4 hesabı ilə qalib gəlib. Beləliklə, ağır mübarizədən sonra, sərbəst güləşçilərimiz yarışlarda ikinci yer tutublar. Kuba yığmasına 6:4 hesabı ilə qalib gələn Yaponiya yığması isə üçüncü yerə sahib çıxıb.(qafqazinfo)