“Bavariya” sona 5 tur qalmış çempion oldu - Video

“Bavariya” sona 5 tur qalmış çempion oldu - Video

8 Aprel 2018 06:48
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniya Bundesliqasında çempion 29-cu turda müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, lider "Bavariya" səfərdə "Auqsburq"u 4:1 hesabı ilə məğlub etməklə ən yaxın izləyicisi "Şalke" ilə xal fərqini 20-yə yüksəldib.

Bununla da sona 5 tur qalmış çempionluq rəsmiləşdirib.

Qeyd edək ki, bu, "Bavariya"nın ardıcıl 6-cı, ümumilikdə isə 28-ci ölkə çempionluğudur.