"Aslanlar" uğursuzluğa son qoydular

"Aslanlar" uğursuzluğa son qoydular

19 Aprel 2011 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Super Liqasında XXIX turun oyunlarına yekun vurulub. Belə ki, dünən turun son oyunu keçirilib və "Qalatasaray" "Manisaspor"un qonağı olub.

6 həftədir qələbəyə həsrət qalan "Aslan"lar Manisada sevinib. Oyunun qəhrəmanı isə Arda Turan olub.

Oyunda hesabı 9-cu dəqiqədə Dixon açıb. 5 dəqiqə sonra Arda tarazlığı bərpa edib. 17-ci dəqiqədə kapitan daha bir qol vurub. 60-cı dəqiqədə Culio fərqi iki topa çatdırıb. 6 dəqiqə sonra Kahenin vurduğu qol manisalılar üçün təsəllidən başqa bir şeyə yaramayıb.

Aslanın yaralısı çox təhlükəli olur...

Elvin Babayev

O.M.