Teymur Rəcəbov dünyada 5-ci şahmatçıdır

Teymur Rəcəbov dünyada 5-ci şahmatçıdır

31 Oktyabr 2011 19:55
Bəyəndim (0) Bəyənmədim (0)
Beynəlxalq Şahmat Federasiyası noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Teymur Rəcəbov FİDE-nin reytinq siyahısında 5-ci yerə yüksəlib. Yeni siyahı digər Azərbaycan qrossmeysterləri üçün uğurlu olub. Belə ki, milli komandamızın lideri Teymur Rəcəbov birdən-birə 13-cü pillədən 5-ci yerə yüksəlib. Bu, Azərbaycan üçün yeni rekorddur. Aktivində 2781 reytinq xalı olan 24 yaşlı oyunçumuz Maqnus Karlsen (Norveç, 2826), Vişvanatan Anand (Hindistan, 2811), Levon Aronyan (Ermənistan, 2802) və Vladimir Kramnikdən (Rusiya, 2800) geri qalır.

Rəcəbovdan fərqli olaraq, Vüqar Həşimov 11-ci pillədəki yerini qoruyub. O 2757-ci reytinq xalına malikdir. Təəssüf ki, son zamanlar uğursuzluğa düçar olan Şəhriyar Məmmədyarov 4 pillə geriləyib. Qrossmeysterimiz 2733 xalla 18-ci pilləyə enib.

Ən yaxşı müdafiə hücumdur...

Hafiz Əhmədov

O.M.